07 Mart 2024, 15:57
FUTBOL
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub. Matc.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Tədbirin son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib.
Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev birlikdə təqdim ediblər.