07 Mart 2024, 16:11
FUTBOL
“Atletiko” müdafiəçisi Sezar Azpilikueta ilə müqaviləni yeniləyəcək. Matc.az xəbər verir ki, ulduz futbolçunun sözləşməsində müəyyən sayda oyundan sonra 2025-ci ilə qədər avtomatik uzadılması nəzərdə tutulub.
Azpilikueta hələ bu həddə çatmayıb və hazırda zədə səbəbindən oyunlarda iştirak edə bilmir. Lakin madridlilərin baş direktoru Migel Anxel Gil 34 yaşlı müdafiəçinin meydanda və ondan kənarda verdiyi töhfəni nəzərdə tutaraq, müqaviləni aktivləşdirmək qərarına gəlib.
Qeyd edək ki, Sezar Azpilikueta bu mövsüm “Atletiko”nun heyətində keçirdiyi 22 oyunda 1194 dəqiqə meydanda qalıb.