“Atletik”in hücumçusu Nikolas Uilyams karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, “Çelsi” ispaniyalını yayda transfer etməyə çalışacaq.

Oyunçunun müqaviləsində 43 milyon funt-sterlinq sərbəst qalma maddəsi var. Bu məbləğ londonluları qane edir. Lakin paytaxt təmsilçisi 21 yaşlı forvardın həftəlik 100 min funt-sterlinq məvacib tələbini qarşılamağa hazır deyil. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm 27 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest