“Mançester Yunayted” yeni baş məşqçi axtarışındadı. Matc.az xəbər verir ki, Premyer Liqa klubu hazırkı çalışdırıcı Erik ten Haqın yerinə 3 namizədi müəyyənləşdirib.

“Qırmızı şeytanlar”in 25%-lik payına sahib olan “İneos” niderlandlı mütəxəssisin gələcəyi ilə bağlı hələ qərar verməyib. Rəhbərlik ten Haqın istefası təqdirində Roberto De Zerbi (“Brayton”), Qaret Sautqeyt (İngiltərə millisi) və ya Tomas Frankın (“Brentford”) təyinatı ilə bağlı variantları nəzərdən keçirir.

Bu ehtimallar arasında Sautqeyt üçüncüdü. Çünki o, 2009-cu ildən klubda işləmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest