“Barselona” müdafiəçisi Ronald Arauxo ilə yayda yollarını ayıra bilər. Matc.az xəbər verir ki, İspaniya klubu uruqvaylı futbolçunun növbəti mövsüm komandada qalmaq istəyəcəyinə əmin deyil.

Bu, kataloniyalılıarın maliyyə vəziyyətini yaxşılaşdırmağa xidmət edə bilər. Rəhbərlik transferdən təxminən 100 milyon avro gəlir götürməklə büdcəsini yaxşılaşdırmağı düşünür. Digər müdafiəçilər Jül Kunde və İniqo Martinesin gələcəyi də sual altındadı.

Qeyd edək ki, Ronald Arauxo 2019-cu ildən “Barselona”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest