"Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli komandası ilə birgə məşqlərə geri dönüb.
 
Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb klubunun Konfrans Liqasının PAOK-la matçından öncə baş tutan hazırlığında da iştirak edib.
 
Xatırladaq ki, həmyerlimiz yanvarda xəsarət alıb və bir müddət yaşıl meydanlardan kənar qalmalı olub. O, bu mövsüm Xorvatiya təmsilçisinin heyətində 22 matçda iştirak edib, 5 qol vurub və 5 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest