07 Mart 2024, 20:22
FUTBOL
Avroliqanın 1/8 final mərhələsinin "Roma" – "Brayton" oyunundan öncə insident yaşanıb.
Matc.az xəbər verir ki, qonaq komandanın 2 azarkeşi hücuma məruz qalıb.
Hadisə Romanın mərkəzində baş verib. 28 və 29 yaşında iki tərəfdaş bıçaqlanıb.
Britaniyalılar yardım üçün yaxınlıqdakı restorana müraciət ediblər. Zərərçəkənlər bildiriblər ki, onlara hücum çəkən bir qrup şəxs sənədlərini və pullarını alıb. Yaralanan qonaqlar xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara əsasən, hadisə "Roma" azarkeşləri ilə bağlı deyil
Qeyd edək ki, "Roma" və "Brayton" arasında ilk matç bu gün keçiriləcək.