07 Mart 2024, 20:57
FUTBOL
Bu gün Yüksək Liqada XV turun oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk matç “Record club” təyin olunan vaxtda meydana çıxmadığına görə, baş tutmayıb. Bu görüşün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.
İkinci oyunu “millilərin dueli” kimi də xarakterizə etmək olar. Belə ki, U-19 A millinin bazası hesab edilən lider “Araz-Naxçıvan”la üz-üzə gəlib. Fasiləyə qədər 5 cavabsız qol vuran Vitali Borisovun drujinası üstünlüyünü ikinci hissədə də davam etdirib və yekunda böyükhesablı qələbə qazanıb.
Son matçda “Yasamal Bakı” rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.
U-19 – Araz-Naxçıvan (0:5) 0:9
7 mart. Bakı İdman Sarayı. Saat 16:30
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov
Hakim-inspektor: Mehman Mahmudov
Qollar: Xəzər Ağalızadə, 8:31, Miloş Todoriç, 11:25, 34:56, Lukas Romao, 11:40, Məhəmməd Abbasov, 15:04, Andre Junior, 17:51, 35:26, Emil Həsənzadə, 37:20, 39:15
Sarı vərəqələr: Ümid Qəhrəmanov, 7:26
Yasamal Bakı – Neftçi İK (3:6) 4:12
7 mart. Bakı İdman Sarayı. Saat 18:30
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hidayət Feyzullayev
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Rüstəm Bağırov, 11:29, 30:44, Şoruş Heydari, 18:49 (ö/q), Murad Ələkbərli, 19:11 // Mirzə Əmirov, 2:06, 8:51, 29:40, 36:54, Reza Abgoun, 9:52, 17:49, 33:25, Fərid Atakişiyev, 12:14, Ülvi Əliyev, 14:58, 38:23, 38:35, Vahib Xocayev, 31:52
Sarı vərəqələr: Fuad Məmmədzadə, 32:02 // Alireza Bayat, 19:10