Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, mərhələnin 7 matçı baş tutub.
 
Azərbaycan çempionu “Qarabağ” evdə “Bayer”lə heç-heçə oynayıb. "Liverpul" "Sparta"ya 5:1 hesabı ilə qalib gəlib.
 
“Roma” “Brayton”un, “Marsel” isə “Vilyarreal”ın qapısından 4 cavabsız top keçirib. 6 qolun vurulduğu qarşılaşmada "Milan" "Slaviya"nı 4:2 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, mərhələyə martın 6-da keçirilən “Sportinq” - “Atalanta” matçı (1:1) ilə start verilib.
 
Avropa Liqası
1/8 final, ilk oyunlar
7 mart
 
“Sparta” - “Liverpul” - 1:5

“Roma” - “Brayton” - 4:0

“Qarabağ” - “Bayer” - 2:2
“Marsel” - “Vilyarreal” - 4:0
“Benfika” – “Reyncers” - 2:2
“Frayburq” – “Vest Hem” - 1:0
“Milan” - “Slaviya” - 4:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest