08 Mart 2024, 02:24
FUTBOL
Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.
Türkiyənin “Fənərbaxça” klubu Belçikada “Sent-Jiloaz”a qalib gəlib. Qonaq komanda 3:0 hesabı ilə qalib gəlib. "Fənər"in qollarını Batşuayi, Ostervolde və Tadiç vurublar.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su öz meydanında PAOK-u məğlub edib. Zədəli Mahirin forma geyinmədiyi qarşılaşmanı azərbaycanlı hakim Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Görüş zaqreblilərin 2:0 üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab matçları 14-də keçiriləcək.
Konfrans Liqası
1/8 final, ilk oyunlar
“Ayaks” - “Aston Villa” - 0:0
“Molde” - “Brügge” - 2:1
“Şturm” - “Lill” - 0:3
“Olimpiakos” – “Makkabi” Təl-Əviv - 1:4
“Sent-Jiloaz” – “Fənərbaxça” - 0:3
“Dinamo” Zaqreb - PAOK - 2:0
“Makkabi” Hayfa - “Fiorentina” - 3:4
“Servett” - “Viktoriya” - 0:0