08 Mart 2024, 12:14
FUTBOL
"O, bundan sonra əla çıxış edəcək. Onun komandası Superliqaya yüksəlmək yarışında favoritlər sırasındadır"
Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev nə vaxtsa yenidən Rusiyada oynaya bilər.
Matc.az xəbər verir ki, bunu onun agenti Jelko Dekiç qonşu ölkə mətbuatına açıqlamasında deyib.
Serbiyalı menecer Ramilin Türkiyədəki karyerası barədə danışıb: “Şeydayev Türkiyə çempionatına yaxşı başlayıb. Əla fiziki formada olan Ramilə bir az vaxt lazımdır. O, bundan sonra əla çıxış edəcək. Onun komandası Superliqaya yüksəlmək yarışında favoritlər sırasındadır. Şeydayev Rusiya çempionatına dönməyi planlaşdırırmı? O, nə vaxtsa Rusiyaya mütləq dönəcək”.
Qeyd edək ki, Ramil yanvarda “Buriram”dan (Tailand) “Kocaelispor”a keçib. 27 yaşlı hücumçu “Zenit”in futbol məktəbinin yetirməsidir və Rusiyada “Dinamo”, “Krılya Sovetov” və “Rubin” kimi komandalarda çıxış edib.