08 Mart 2024, 16:44
FUTBOL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"lə ötən gün Bakıda keçirilən oyunda (2:2) zədələnən futbolçusu Olavio Juninyonun durumundan danışıb.
Matc.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, braziliyalı hücumçunun zədəsi əzələsi ilə bağlıdır:
"Ola bilər ki, əzələsində problem yaransın. Sabah (bu gün -red.) dəqiq bilinəcək. Digərlərində ciddi problem olmalı deyil. Həkimlərin dediyinə görə, Juninyoda 70 faiz yorğunluq yox, zədədir".
Xatırladaq ki, "Bayer"lə oyunda qol vuran və məhsuldar ötürmə edən Juninyo matçın 84-cü dəqiqəsində zədələnərək əvəzlənib.