08 Mart 2024, 13:42
FUTBOL
“Qəbələ” israilli futbolçu Gilad Abramovla yollarını ayırıb.
Matc.az, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada 23 matç keçirib. Gilad Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.