"Qarabağ"la matçda biz çox ləng oynadıq. Lazım olan anlarda kifayət qədər aqressiv deyildik".
 
Matc.az xəbər verir ki, bunu "Bayer"in futbolçusu Robert Andrix deyib.
 
O, Avropa Liqasının "Qarabağ"la Bakıda keçirilən matçı barədə fikirlərini bildirib: "Çox axmaq əks-hücum vəziyyətlərinə düşdük. Bu, həmişə nəticə vermir, biz də bunu bilirik. Oyun çox qarışıq keçdi. Təbii ki, biz yaxşı oynamadıq. Amma "Qarabağ" yaxşı çıxış etdi. Onlar ilk 60-70 dəqiqədə bacardıqlarının 120 faizini etdilər".
 
Qeyd edək ki, "Qarabağ" – "Bayer" oyunu 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest