Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
 
Matc.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.
 
Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 63-cüdür.
 
Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə ev oyunundakı heç-heçə (2:2) ilə hesabını 1 xal zənginləşdirib. Bununla da Azərbaycan çempionu mövqeyni qoruyub.
 
"Neftçi" 27 xalla 242-cidir. "Sabah" 20 xalla 265-cı, "Qəbələ" 5 xalla 367-cıdır.
 
Qeyd edək ki, siyahıya 2432 xala malik "Real" başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest