08 Mart 2024, 23:12
FUTBOL
"Səbail"ə uduzsaydıq, böyük problem olmayacaqdı. Məğlub olsaydıq, ondan yaxşı tərəfini çıxarardım. Çünki yeni yaradılan komandanın onurğasını qurmaq istəyirəm".
“Əzmkar qələbə idi. Bilmirəm bu qələbəni bəxtə bağlamaq olar, ya yox”.
Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”i 1:0 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis ikinci hissədə rəqibin təzyiqi ilə üzləşdilərni bildirib: “Oyun başlayanda epzidolarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Ehtiyat skamya çox güclü olmalıdır. Problem sırf bunda idi. "Səbail"ə uduzsaydıq, böyük problem olmayacaqdı. Məğlub olsaydıq, ondan yaxşı tərəfini çıxarardım. Çünki yeni yaradılan komandanın onurğasını qurmaq istəyirəm. Bu, bir il içərisində olan proses deyil. Bu qədər legionerimiz var və hamısı yüksək səviyyədədir, deyə bilmərik. Seçilirlər, yerlilər gəlir, digərləri gəlir. Bir komandanın formalaşması üçün uzun müddət lazımdır. Xaricdə baş məşqçilərlə müqaviləni 3-4 illik imzalayırlar və o, 4 il ərzində nələri edə biləcəyini deyir. Biz bunu öyrənməliyik. Bu il nə oldu ki, çıxaq avrokuboklara orada qruplara düşək? Bu gün "Səbail" təzyiq etdi, öz oyunumuzdan çıxdıq. Bu qədər təzyiqləri nə qədər yaşamalıyıq ki, mən də baş məşqçi kimi sezməliyəm ki, hansı futbolçu belə durumda özünü rahat hiss edəcəklər. Ondan sonra komanda belə-belə formalaşmalıdır. Hər uduzduğumuz oyundan nəticə çıxaracağıq. Udduğumuz oyun da bizə xoş motivasiya olacaq”.
Samir Abasov komandanın son matçlarda qol vəziyyətləri zamanı son nöqtəni qoya bilməməsini izah edib: “Səbəblər müxtəlifdir. Həmin vəziyyətdə onlar nə hiss edirlər, bunu mənim üçün demək çətindir. Məşqlərdə belə olmur. Məşqlərdə vəziyyət köhnə millimiz kimidir. Rahat oynayıb, udurduq. Nə deyim. Həmin epizodlardan 1-2-ni vursaydıq, mən də rahat oturardım yerimdə”.
Qeyd edək ki, bu qələbədən sonra “Sumqayıt” 2-ci pilləyə yüksəlib.