“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
 
Matc.az xəbər verir ki, biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
 
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
 
Oyun martın 10-da saat 15:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
 
Tovuz klubundan verilən məlumatda o da qeyd olunur ki, oyundan sonra rəsmi tərəfdaş olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest