Kişi həndbolçular arasında Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib. 
 
Matc.az xəbər verir ki, ilk matçda “Qarabağ” “Dinamo”nu məğlub edib – 47:30. 
 
Digər qarşılaşmalarda “Bakı” “İdman Akademiyası”na (20:12), “Azəryol” isə “Təhsil”ə (48:30) qalib gəlib. 
 
Bu turda istirahət edən “Kür” 19 xalla liderdir. “Bakı” 18 xalla ikinci pillədədir. “Azəryol” 16, “Qarabağ” 15 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest