Futbol üzrə Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Villem II” ilə qarşılaşıb və 0:3 hesabıyla məğlub olub.
 
Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.
 
“Eyndhoven” hazırda 34 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest