"Yuventus"un yarımmüdafiəçisi Kenan Yıldız klubla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisi türkiyəli oyunçu ilə 2027-ci ilin iyununda başa çatacaq sözləşmənin müddəti daha 2 il uzatmaq istəyir.
 
Yıldız bu mövsüm İtaliya klubunun heyətində 19 matça çıxıb və 3 məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest