“Texniki tərəfdən komandam yaxşı oyun nümayiş etdirdi. Hücumların yekunlaşması ilə bağlı problemlərimiz var”.

“Texniki tərəfdən komandam yaxşı oyun nümayiş etdirdi. Hücumların yekunlaşması ilə bağlı problemlərimiz var”.

Matc.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsaxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVI turunda “Sabah”a 1:2 hesablı məğlubiyyəti şərh edib. O, qol vəziyyətlərindən istifadə olunmamasıdan şikayətlənib: “3-4 metr məsafədən topu qapıya göndərə bilmirik. Digər məsələ isə odur ki, 75 dəqiqə oynayırıq. 75-ci dəqiqədən sonra ehtiyatdan girən futbolçular oyunu gücləndirməlidir. Bununla bağlı da problemlər var. Ümumi götürəndə yaxşı oynadıq. Pressinqi yaxşı edirik. Bunun nəticəsində qol vurduq. Rəqibin hücumçusu Davit Volkov səviyyəli futbolçudur, Gürcüstan millisində oynayır”.

“Qəbələ”nin baş məşqçisi yaxşı oyuna görə, xal verilmədiyini deyib: “Hara gəldiyimi bilirdim. Hər üç oyunu pis oynamamışıq. Futbolçumuz 2 metrdən topu qapıya vura bilmirsə, burada söhbət ustalıq səviyyəsinin aşağı olmasından gedir. 2 oyunda 7 qol buraxmışıq. İkinci qapıçımız da var. Ona şans verməliyik ki, özünü göstərsin. Rəşad Əzizlinin bu gün kobud səhvi olmadı. Amma elə anlar olur ki, qapıçı komandanı xilas etməlidir. Əlbəttə, yaxşı oyuna görə xal vermirlər”.

Qeyd edək ki, “Qəbələ” Kaxaber Tsaxadadzenin rəhbərliyi meydana çıxdığı hər 3 oyunu məğlub başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest