Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
 
İlk matçda “Turan Tovuz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Ayxan Abbasovun yetirmələri cari mövsümün əvvəlki iki oyununda olduğu kimi, yenə qələbə qazanıblar. 
 
“Qarabağ” doğma arenasında “Zirə” ilə qarşılaşıb. Ağdam klubu mövsümdə doğma azarkeşləri qarşısında yeganə məğlubiyyəti məhz Rəşad Sadıqovun komandasından almışdı. Lakin bu dəfə son çempion sürprizə imkan verməyib. Növbəti qalibiyyətini qazanan "Qarabağ" çempionluğa bir addım da yaxınlaşıb.
 
Qeyd edək ki, turun ilk 3 oyununda “Sumqayıt” “Səbail”ə (1:0), “Sabah” “Qəbələ”yə (2:1) qalib gəlib, “Kəpəz”lə “Neftçi” isə heç-heçə oynayıb (3:3).
 
Azərbaycan Premyer Liqası
XXVI tur
10 mart
 
“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:0 
Qollar:Aleks Souza, 78, 80
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu
“Turan Tovuz”: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 21. Aleks Souza

Baş məşqçi: Ayxan Abbasov

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike

Baş məşqçi: Azər Bağırov


“Qarabağ” – “Zirə” 3:1
Qollar: Nəriman Axundzade, 43. Almeyda, 77. Diakabi, 80 - Mezakolli, 79
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu
 
"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao
 
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade
 
Baş məşqçi: Qurban Qurbanov
 
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 19. Salifu Suma
 
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
 
Baş məşqçi: Rəşad Sadıqov
 

1

Qarabağ

26

20

3

3

68-22

63

2

Sumqayıt

26

10

9

7

25-30

39

3

Sabah

26

10

7

9

37-31

37

4

Neftçi

26

10

7

9

31-29

37

5

Səbail

26

10

7

9

39-38

37

6

Zirə

26

9

9

8

19-17

36

7

Turan Tovuz

26

9

8

9

40-35

35

8

Araz-Naxçıvan

26

8

7

11

26-35

31

9

Kəpəz

26

7

6

13

28-45

27

10

Qəbələ

26

4

3

19

19-50

15

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 15 qol, Aleksandr Ramalinqom (“Səbail”) - 11 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest