Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, o, Türkiyə Superliqasının 29-cu turunda “Konyaspor”a qarşı matçda komandasının qapısını qoruyub.
 
“Adana Dəmirspor” Konya səfərindən 1 xalla dönüb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada Şahruddin 90 dəqiqə meydanda olub. O, hər iki topu penalti zərbəsindən buraxıb.
 
Qeyd edək ki, Məhəmmədəliyevin komandası 36 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest