Milli komandaların martda keçiriləcək oyunlarının FİFA reytinqinə təsiri bəlli olub.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının “FİFA Series”də keçirəcəyi matçların dəyəri dəqiqləşib.
 
Monqolustan və Bolqarıstanla üz-üzə gələcək Arif Əsədovun yetirmələri hər iki qarşılaşmada qələbə qazansa, 8,6 reytinq xalı əldə edəcək. İlk oyunda yalnız qələbə, ikincidə isə hətta heç-heçə milliyə qazanc gətirəcək. İki uğursuzluq isə 11,4 xalın itirilməsi ilə nəticələnəcək.
 
22 mart
Azərbaycan – Monqolustan
Qələbə: 2,5
Heç-heçə: -2,5
Məğlubiyyət: -7,5
 
25 mart
Azərbaycan – Bolqarıstan
Qələbə: 6,1
Heç-heçə: 1,1
Məğlubiyyət: -3,9
 
Qeyd edək ki, Azərbaycan millisi hazırda 1174.22 xalla dünyada 113-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest