Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın iki təmsilçisi yer alıb.

164,75 xalı olan “Qarabağ” ötən ayla müqayisədə 9 pillə irəliləyib və 61-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 addım irəliləyib. “Ağ-qaralar” 60,75 xalla 378-ci yerdədi.

Siyahıya 385 xalla “Mançester Siti” başçılıq edir. “Real” 2-ci, “İnter” isə 3-cüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest