10 Mart 2024, 13:00
FUTBOL
Türkiyə Superliqasında daha bir istefa reallaşıb. Matc.az xəbər verir ki, “Fatih Karagümrük”ün baş məşqçisi Şota Arveladze vəzifəsindən ayrılıb.
Gürcüstanlı mütəxəssis “Trabzonspor”a 1:5 hesabı ilə məğlub olduqları görüşdən sonra bu addımı ayıb. Ötən ilin dekabrından komandanı çalışdıran Arveladze postunda cəmi 3 ay qalıb.
Qeyd edək ki, “Fatih Karagümrük” Superliqada 29 xalla 17-ci pillədə qərarlaşır.