“Təkcə rəqiblərlə yox, həm də hakimlərlə oynamalıyıq”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

“Təkcə rəqiblərlə yox, həm də hakimlərlə oynamalıyıq”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında hakimlikdən narazılıq bildirib: “Epizodlar olur ki, VAR-a dəvət edə bilərlər. Amma bizə qarşı eyni hallar təkrarlanır. Futbolçular da insandırlar, əsəbiləşirlər. Hər şey bizim əksimizədi. Mövsümün əvvəllərində “Turan Tovuz”, “Zirə” və digər bir çox komanda hakimlər barədə öz sözlərini dedilər, biz susduq. VAR-da oturan hakim çağırırsa, deməli, nəsə var, oradakı nəsə görüb. Ancaq baş hakim deyir ki, heç nə yoxdu. Yəqin ki, həmin hakimin qarşısına bir gün Allahın ədaləti çıxacaq”.

Baş məşqçi, xüsusən də, matçın baş hakimi Rəşad Əhmədovun onlara qarşı qərəzli idarəçilik etdiyini düşünür: “Keçən dəfə də deyilmişdi ki, Rəşad bizi çökdürür. Ehtiyatda oturan 20 yaşlı uşaq da dözə bilmir. Hakimlərin rəhbəri olan Barış Şimşəyə də şikayət etdik ki, bu hakimi həmişə bizə təyin edirsiniz, niyə? Dəyişmək olmaz? Dedik ki, bizim oyunumuza onu göndərməyin, hisslərimizlə oynayır. Biz də insanıq. Bu gün matçın əvvəlində Rəşad Əhmədovu görəndə dedim ki, artıq məğlubuq. Çünki xeyrimizə qərar verməyəcəyini bilirəm. Niyə həmişə eyni hakim? Başqa planlarınız varsa, deyin, işimizi bilək. Məni “sındırmaqdan” ötrü gəlirsə, sağ olsunlar, belə də davam eləsinlər. Gec-tez hər şey qarşılarına çıxacaq”.

Azər Bağırov hesab edir ki, “Araz-Naxçıvan”ın yüksək pillələrdə qərarlaşmamasını istəyən şəxslər var: “Bu, təkcə mənə qarşı qərəzlilik deyil. Sadəcə, “Araz-Naxçıvan” yuxarı pillələrdə ola bilməz. Görünən budur. “Sabah”la matçda Rəşad Əhmədov bizi yıxıb-sürüdü. Amma yenidən bizim oyunumuza göndərirlər”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest