“Mühüm qələbə qazandıq. “Araz-Naxçıvan” da, biz də yuxarı pillələrdən qopmamaq istəyirdik. Bu mənada vacib oyun idi”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXVI turunda “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis səbirlə sona qədər mübarizə aparmağın bəhrəsini gördüklərini bildirib: “Stressli matç oldu. Bəlkə də, bu, hücumda istədiyimiz kəsərli olmağımıza mane olurdu. Birinci hissədə “Araz-Naxçıvan” kompakt müdafiə olundu, çətinlik çəkdik. İkinci hissədə dəyişikliklər etdik. Əvvəllər komandamızda çatışmayan məqam səbr edib, öz vaxtımızı gözləmək idi. Bunu bügünkü görüşdə gördüm. Oyun nizam-intizamı önəmlidi. Futbolçularım üzərlərinə düşən yükün öhdəsindən gəldilər. Heyətimizdə zədəlilər var, bəziləri hazır deyillər. Qarşıda yaranacaq fasilədə bütün futbolçuların sıraya dönəcəyinə ümid edirəm”.

Ayxan Abbasov braziliyalı hücumçu Aleks Souzanın ikinci hissədə meydana daxil olmaqla dubla imza atmasına da münasibət bidirib: “Aleks tam hazır deyil, zədəsi var idi. Ötən oyunda da onu meydana buraxmaqla risk etdik. İkinci hissədə üç dəyişiklik etməyi fikirləşirdim. Amma sonradan gözləməyi lazım bildim. Birdən-birə iki hücumçunu meydana buraxsaydım, oyun fərqli formada da alına bilərdi. 65-ci dəqiqədən sonra bunu planlaşdırırdıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest