“Mançester Siti” üç aydan çoxdu uduzmur. Matc.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri Premyer Liqanın XXVIII turunda “Liverpul”la heç-heçə edib - 1:1.

“Şəhərlilər” sonuncu dəfə dekabrın 6-da “Aston Villa”ya uduzub - 0:1. Həmin vaxtdan bəri komanda liqada, İngiltərə Kubokunda, həmçinin Çempionlar Liqası və Klublararası Dünya Çempionatında keçirdiyi ümumilikdə 21 qarşılaşmanın 18-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu martın 16-da İngiltərə Kuboku çərçivəsində “Nyukasl”a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest