“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan çempionatlarında debüt edib. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin ilk görüşü Premyer Liqanın XXVI turunda “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib.

Renduliçin komandası öz meydanında 2:1 hesablı qələbə qazanıb. O, Azərbaycan çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb.
Renduliç həm də Azərbaycan çempionatının 3-cü xorvatiyalısıdı. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da işləyib.
“Sabah”ın 4-cü legioner çalışdırıcısı olan Renduliç və digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomes, həmçinin Murad Musayev də rəhbərlik edib.