11 Mart 2024, 11:01
FUTBOL
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, XXVI tura təsadüf edib. Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, XXVI tura təsadüf edib.
Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib.
10-cu ev qələbəsi 31-ci matçda reallaşıb. Tovuz təmsilçisi öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.
“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022-23 mövsümünə təsadüf edib. 2022-ci il sentyabrın 9-da tovuzlular “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.