11 Mart 2024, 12:00
FUTBOL
İspaniya La Liqasının XXVIII turunda “Selta” ilə keçirilən oyun “Real”ın hücumçusu Vinisius Junior üçün əlamətdar olub. Matc.az xəbər verir ki, braziliyalı komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hesabı açıb.
Bununla o, La Liqadada oynayan futbolçular arasında 2021-22 mövsümündən bəri ən çox qol+assistə sahibdi. Vinisius bu müddətdə bütün turnirlərdə 61 qol vurub, 41 məhsuldar ötürmə verib.
Qeyd edək ki, hazırda “Real” 69 xalla turnir cədvəlinə başçılıq edir. Vinisius cari mövsüm La Liqada 10 qol vurub, 4 assist edib.