“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne 2024-cü ildə İngiltərə Premyer Liqasında çıxış edən futbolçular arasında qola ən çox töhfə verən oyunçudu. Matc.az xəbər verir ki, belçikalı son olaraq XXVIII turda “Liverpul”la səfər qarşılaşmasında məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla De Bruyne qol+assist cəmində İngiltərədə çıxış edən futbolçular arasında liderdi. Ulduz futbolçu bu il keçirdiyi 12 oyunda 2 qol vurub, 11 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” oyunu 1:1 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest