11 Mart 2024, 12:33
FUTBOL
İngiltərə Premyer Liqasının XXVIII turunda “Aston Villa”nı 4:0 hesabı ilə məğlub edən “Tottenhem” ölkə çempionatının ardıcıl 39-cu oyununda qol vurub. Matc.az xəbər verir ki, London klubu bu baxımdan Premyer Liqada tarixində ən yaxşı ikinci nəticəyə sahibdi.
Çempionatda ən uzun qol seriyası rekordu 2000-01 mövsümündən 2001-02-yə qədər ardıcıl 55 matçda fərqlənən “Arsenal”a məxsusdu.
Qeyd edək ki, “Tottenhem” hazırda 53 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.