“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçirəcəyi cavab oyunu üçün səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu sabah axşam saatlarında Almaniyaya yollanacaq.

Ağdamlılar Leverkuzendə məşqə martın 13-də çıxacaq. Komandanın hazırlığı Bakı vaxtı ilə saat 20:30-a planlaşdırılıb. Ondan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq.
Qeyd edək ki, martın 14-də baş tutacaq “Bayer” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıdakı ilk qarşılaşmada 2:2 hesabı qeydə alınıb.