“Qarabağ”ın Avropa Liqasındakı parlaq çıxışı futbolçuların diqqət məkəzinə düşməsinə səbəb olub. Matc.az xəbər verir ki, əsasən də Türkiyə komandaları Azərbaycan çempionunun oyunçularına maraq göstərir.

Son olaraq yarımmüdafiəçi Yassin Benzia da Superliqa təmsilçilərinin gündəminə düşüb. Daha əvvəl Superliqa təcrübəsi yaşamış fransalı hücumameyilli oyunçu bir neçə komandanın hədəfinə çevrilib. Onun yayda yenidən Türkiyəyə qayıtmaq ehtimalının yüksək olduğu bildirilir.

30 yaşlı futbolçunun hansısa kluba keçidi reallaşsa, “Qarabağ”a təzminat ödəməli olacaq. Benzia daha əvvəl “Fənərbaxça” və “Hatayspor”da oynayıb.

Qeyd edək ki, Yassin Benzianın “Qarabağ”la müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest