“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir yığmasına çağırılmayıb. Matc.az xəbər verir ki, o, millinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Buna səbəb ulduz futbolçunun səhhətində problemlərin yaranmasıdı. Bu üzdən forvard Premyer Liqa çərçivəsində “Mançester Siti” ilə keçirilən görüşün yalnız son yarım saatında meydanda olub. Salah tam hazır olmadığı üçün yığmadan kənarda qalıb.

Qeyd edək ki, misirlilər martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunislə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest