“Yuventus”un və İtaliya millisinin sabiq müdafiəçisi Corcio Kyellini portuqaliyalı hücumçu Kriştiano Ronaldo barədə maraqlı fikirlər səsləndirib. Matc.az xəbər verir ki, karyerasını ötən il başa vuran Kyellini sabiq komanda yoldaşını birlikdə çıxış etdiyi ən yaxşı oyunçu adlandırıb:

“Kriştiano Ronaldo? Mənim ən pis düşmənim, ən yaxşı komanda yoldaşım”.

Qeyd edək ki, Kyellini ilə Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çiyin-çiyinə çıxış ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest