11 Mart 2024, 17:51
FUTBOL
“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Yurgen Kloppun yayda komandadan ayrılacağına münasibət bildirib. Matc.az xəbər verir ki, misirli forvard bu gedişin ona təsir etməyəcəyini deyib.
Salah “qırmızılar”da qalacağını bildirib: “Məşqçi dəyişikliyi mənə təsir edəcəkmi? Xeyr. Bu həyatdı, hər şey dəyişir, vacib oyunçular və məşqçilər “Liverpul”dan ayrılır. Bir gün mən də ayrılacağam, amma Kloppun gedişi gələcəyimə təsir etməyəcək”.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. 31 yaşlı misirlinin klubla müqaviləsi növbəti mövsümün sonuna qədərdi.