“Qarabağ” klubu Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək cavab oyunu öncəsi azarkeşlərə müraciət edib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Matçda komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb. Biletin qiyməti 31 manat təşkil edir. Martın 14-ü “BayArena”da keçiriləcək görüşdən 3 saat əvvəl azarkeşlərimiz üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz”.

Həmçinin əlavə olunub ki, bilet alarkən istifadə edilən vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündü.

Qeyd edək ki, martın 14-də Leverkuzendə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest