Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr” Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubuna 4:3 hesabı ilə qalib gələn “Əl-Nəsr” ilk görüşdə 0:1 hesabı ilə yenilmişdi.

Penaltilər seriyasında məğlub olan Səudiyyə Ərəbistanı təmsilçisi mübarizəni dayandırıb. Qarşılaşmada son qolun müəllifi olan “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klub karyerasında ümumi qol sayını 750-yə çatdırıb. O, Portuqaliya millisi ilə birlikdə ümumilikdə rəqib qapılarından 878 qol vurulub.

Qeyd edək ki, Ronaldo cari mövsüm “Əl-Nəsr”in heyətində qol sayını 35-ə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest