“İnter”in müdafiəçisi Karlos Auqusto və hücumçusu Marko Arnautoviç zədələnib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçular dünən tibbi müayinədən keçiblər. Bunun nəticələrinə əsasən, avstriyalıya sağ budunda əzələ dartılması, Auqustoya isə sağ ayağının baldır əzələsində dartılma diaqnozu qoyulub. “Neradzurra”nın hər iki oyunçusu yaxın günlərdə təkrar müayinədən keçəcək.

Onlar böyük ehtimalla Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyununu buraxacaq. Həmin görüş sabah baş tutacaq. İlk qarşılaşmada italyanlar 1:0 hesablı qələbə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest