Martın 15-17-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, 5 futbolçu qarşıdakı turu məcburiyyətdən buraxmalı olacaq. Buna səbəb XXVI turda onlardan 4-nün sarı, birinin qırmızı vərəqə almasıdı.

Martın 15-17-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, 5 futbolçu qarşıdakı turu məcburiyyətdən buraxmalı olacaq.

Buna səbəb XXVI turda onlardan 4-nün sarı, birinin qırmızı vərəqə almasıdı.

Elçin Əlicanov (“Kəpəz”), Con İrasabal (“Sabah”), İsa Suliman (“Sumqayıt”), Bruno Qonçalves (“Turan Tovuz”) və Vüsal Şabanov (“Araz-Naxçıvan”) III dövrənin son turunda iştirak edə bilməyəcəklər.

Onlardan ilk dördü sarı vərəqə limitini doldurub, Şabanov isə qırmızı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest