12 Mart 2024, 12:58
FUTBOL
Bolqarıstanın “Arda” klubunun formasını geyinən Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bolqarıstanın “Arda” klubunun formasını geyinən Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı müdafiəçi U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi görüşlərdə iştirak edəcək. O, İngiltərə və Ukrayna ilə qarşılaşmalarda baş məşqçi Samir Əliyevin ixtiyarında olacaq.
Qeyd edək ki, yığmamız martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə görüşəcək. Hər iki qarşılaşma “Azərsun Arena”da olacaq.