12 Mart 2024, 13:17
FUTBOL
“Qarabağ”ın “Bayer”lə keçirəcəyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA İngiltərədən olan briqadanı Almaniyadakı görüşə göndərmək qərarına gəlib.
Leverkuzendəki qarşılaşmanı məşhur Entoni Teylor idarə edəcək. Ona Qari Besvik və Adam Nunn kömək edəcək. Dördüncü hakim funksiyasını Endi Medli yerinə yetirəcək.
Matçın VAR hakimi Styuart Ettuell olacaq. Ona Yarre Qavan Jillett kömək edəcək.
Qeyd edək ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.