“Neftçi” kapitanı Emin Mahmudovla bağlı məlumat yayıb. Matc.az xəbər verir ki, klubdan 31 yaşlı yarımmüdafiəçinin durumunun yaxşı olduğunu bildirilib. Millimizin üzvü Premyer Liqanın 26-cı turunda “Kəpəz”lə səfər matçında zədələnmişdi.
“Neftçi” kapitanı Emin Mahmudovla bağlı məlumat yayıb. Matc.az xəbər verir ki, klubdan 31 yaşlı yarımmüdafiəçinin durumunun yaxşı olduğunu bildirilib.
Millimizin üzvü Premyer Liqanın 26-cı turunda “Kəpəz”lə səfər matçında (3:3) zədələnmişdi. Bu üzdən o, qarşılaşmanın 78-ci dəqiqəsində əvəzlənmişdi.
Müayinə zamanı daban oynağında ödəm müşahidə olunub, ancaq bağlarda ciddi zədələr aşkarlanmayıb. Artıq müalicə prosesinə başlanılıb. Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.
Qeyd edək ki, “Neftçi” növbəti oyununu martın 15-də “Səbail”ə qarşı keçirəcək.