“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə keçiriləcək cavab oyunu ərəfəsində rəqibin bir neçə futbolçusunu fərqləndirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis, xüsusən də, italyanların hücum xətti barədə tərif deyib:

“Napoli”nin hücumçularını - Politano, Kvaratsxeliya və Osimxeni bəyənirəm. Amma onların müdafiədə oynaması da xoşuma gəlir. Lobotkanı qeyd etməliyəm. O, hücumlar qurmağı yaxşı bacarır və topu özündə saxlaya bilir. Onu “Barselona”da görməkdən şad olaram”.

Çalışdırıcı hədəflərinin mərhələ adlamaq olduğunu bildirib: “Bu, indiyə qədər mövsümün ən vacib oyunudu. Çempionlar Liqasının 1/4 finalına çıxmağımızdan dörd il keçdiyi üçün motivasiya və ilham alırıq. Biz A Seriyasının hazırkı çempionu olan güclü rəqibə qarşı mübarizə aparmalıyıq. Ümid edirəm ki, “Barselona” azarkeşləri sehrli axşam keçirəcəklər”.

Qeyd edək ki, “Barselona” - “Napoli” qarşılaşması bu gün keçiriləcək. Neapoldakı ilk görüş 1:1 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest