12 Mart 2024, 15:42
FUTBOL
Azərbaycanda çıxış edən daha bir futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu dəfə “Sabah”ın hücumçusu Cesse Sekidika qardaş ölkə klublarının gündəminə düşüb.
27 yaşlı forvardın Bakı klubunun heyətindəki çıxışı Türkiyə komandalarının marağına yol açıb. Artıq bir neçə klub onu mövsümün sonunda transfer etmək variantını nəzərdən keçirir. Nigeriyalının daha əvvəl Türkiyədə oynaması uyğunlaşma problemi yaşamayacağına zəmin yaradır. Bu, onunla maraqlanan klubları daha da həvəsləndirir.
Sekidika karyerası ərzində Türkiyədə “Eskişehirspor”, “Qalatasaray”, “Konyaspor”, “Eyüpspor” və “Umraniyespor”da oynayıb.
Qeyd edək ki, Cesse Sekidikanın “Sabah”la sözləşməsi gələn ilin yayına qədərdi.