Ceydon Sanço “Mançester Yunayted”də baş məşqçi Erik ten Haqın rəhbərliyi altında çıxış etmək istəmir. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis postunda qalsa, vinger “qırmızı şeytanlar”a dönməkdən imtina edəcək.

Futbolçunun fikrincə, karyerasındakı geriləmədə 54 yaşlı mütəxəssis günahkardı. Yayda ten Haq “mankunianlar”da qalsa, Sanço satılmasını tələb edəcək.

23 yaşlı oyunçu hazırda icarə əsasında Dortmund “Borussiya”sında çıxış edir. O, Bundesliqada keçirdiyi 8 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest