12 Mart 2024, 16:37
FUTBOL
Səudiyyə Ərəbistanı təmsilçiləri “Monako”nun sahibi Dmitri Rıbolovlevlə klubun nəzarət paketini əldə etmək üçün danışıqlar aparır. Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, tərəflərin nümayəndələri sövdələşmənin şərtlərini müzakirə etmək üçün artıq bir araya gəliblər.
“Monako” xüsusi klubdu, onun 35%-i kral ailəsinə məxsusdu. Bu səbəbdən istənilən satışda onlar da söz sahibi olacaq. Hazırda danışıqlar davam edir.